Premyer Liqa klubları təklif verdi - İcraiyyə Komitəsi yenidən toplaşacaq?

9 İyul 2024 14:40 Gündəm 2 322
Premyer Liqa klubları təklif verdi - İcraiyyə Komitəsi yenidən toplaşacaq?

AFFA İcraiyyə Komitəsi bu yay yenidən bir araya gələ bilər.

Bu haqda federasiyadan redaksiyamıza məlumat daxil olub

. Verilən informasiyaya görə, hazırda belə bir gözlənti var və mümkün iclasın gündəliyi ətrafında məsləhətləşmələr aparılır.

Gündəliyə salınması gözdən keçirilən bütün məsələlər növbəti mövsümə aiddir. Belə ki, Klublar Komitəsinin adından qurum rəhbərliyinə bir neçə şifahi müraciət daxil olub.

Premyer Liqa iştirakçıları bəzi təkliflərlə AFFA prezidenti Rövşən Nəcəfi məlumatlandırıb. Son anda başqa hadisə baş verməsə, İcraiyyə Komitəsi həmin məsələləri müzakirəyə çıxaracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”