Ölkəmizdə elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

22 Aprel 2024 15:50 Gündəm 1 227
Ölkəmizdə elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Elektrik enerjisindən istifadə qaydaları dəyişib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və müvafiq sənədlər əsasında keçiriləcək.

İndiyə qədər bu hədd 150 kVt nəzərdə tutulmuşdu.

Bu qərara uyğunlaşdırmaq məqsədilə “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na da analoji dəyişiklik edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu