Onun bu sözləri Ermənistanı AYAĞA QALDIRDI: "Azərbaycanlılar..." - VİDEO

17 Aprel 2024 20:30 Gündəm 642
Onun bu sözləri Ermənistanı AYAĞA QALDIRDI: "Azərbaycanlılar..." - VİDEO

"Biz Vətəni axtarmaqdan əl çəkməliyik, çünki biz onu Ermənistan Respublikasının timsalında tapmışıq".

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının Demokratiya Məktəbində baş tutan “Ermənistan Respublikasının sosial psixologiyası” adlı mühazirədə deyib.

Paşinyan 17-ci əsrin əvvəllərində ermənilərin Şah Abbas tərəfindən köçürülməsinin xalqın sosial psixologiyasına ciddi təsir göstərdiyini vurğulayıb, 1915-ci il hadisələrindən danışıb.

Paşinyanın bu hadisələrlə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda ciddi mübahisələrə səbəb olub.

Onun çıxışına "Türklər və azərbaycanlılar bizim düşmənimizdir", "Sən tariximizi silmək istəyirsən" kimi şərhlər yazılıb. Bəziləri isə onu türk tezislərinin təbliğatını aparmaqda ittiham edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu