Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək

5 Mart 2024 07:10 Gündəm 703
Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək

Ermənistan İstintaq Komitəsi tərəfindən azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət işinə xitam verilib.

Bu barədə “Armenia today” məlumat yayıb.

Qeyd olunub ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında qalması ilə bağlı faktiki məlumatlar əldə edilib.

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bundan sonra o, Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılmışdı.

Ermənistanla Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, Ruslan Pənahov ölkəmizə təhvil veriləcək.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu