Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün yekun vurulacaq.
Turun son oyununda "Neftçi" "Qarabağ"ı qonaq edəcək.
Son günlər qarşılaşmalara azarkeşlərin az gəlməsi əsas müzakirə olunan mövzulardandır.
Amma əzəli rəqiblərin duelində tamaşaçı problemi olmayacaq.
Belə ki, "Neftçi Arena"da keçiriləcək Azərbaycan derbisinə böyük maraq var.
Satışa çıxarılan biletlərin təxminən 5 mini satılıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti saytımıza məlumat verib.
Oyun saatına kimi biletlərin tam satılacağı ehtimal olunur.
Xatırladaq ki, qarşılaşma 19:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

