Azərbaycanın bu şəhərində yeni klub fəaliyyətə başladı

12 Aprel 09:50 Gündəm 8 927
Azərbaycanın bu şəhərində yeni klub fəaliyyətə başladı

Azərbaycanda yeni futbol klubu yaradılıb.

Bu komanda Şirvanda fəaliyyətə başlayıb və təmsil etdiyi şəhərin adını daşıyır.

«Şirvan» növbəti mövsümdən birbaşa II Liqada mübarizə aparmağı planlaşdırır. Əggər AFFA buna razılıq verməsə, Region Liqasında çıxış eləyəcəklər.

Klubun əsas himayədarları Rusiyada fəaliyyət göstərən iş adamlarıdır.

Onlar artıq bura vəsait ayırıb və kollektiv formalaşdırılıb. Təkcə Şirvanın özündən deyil, ətraf rayon və şəhərlərdən olan futbolçular düşərgəyə cəlb olunub.

Gələn sezon sentyabr-oktyabr aylarında start götürəcək. Ona xeyli vaxt qalmasına baxmayaraq, «Şirvan» indidən məşqlərə başlayıb.

Komanda geyim və inventarla təmin olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti