"Hər gün nəyəsə görə kimisə günahlandırır və bu, işə yarayır"

7 Fevral 2023 03:10 Gündəm 430
"Hər gün nəyəsə görə kimisə günahlandırır və bu, işə yarayır"

"Biz hazırda belə bir proseslə üz-üzəyik: ölkə başçısı siyasətlə məşğul omaq yerinə, acizliyini, uğursuzluğunu, siyasətinin səmərəsizliyini xarici səbəblərlə əsaslandırır".

Bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

“Həm də təkcə xarici amillərlə deyil, tez-tez məlum olur ki, bizim problemlərimizdə erməni xalqının DNT-si də günahkardır. Bəli, işlər artıq bu həddə çatıb.

Bu, uğursuz liderin davranışıdır - hər gün nəyəsə görə kimisə günahlandırır və bu, işə yarayır.

Bir gün Türkiyə, bir gün Əfqanıstan, sonra Rusiya və ya korrupsioner generallarımız onun hədəfi olur. Yaxud heç nə işə yaramayanda hər şeyi millətimizin DNT-sinə bağlayır”,- o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi