“Qarabağ” iki dəfə məğlub etdiyi “Kayrat”dan jest gözləsinmi?

25 Noyabr 2021 18:40 Gündəm 724
“Qarabağ” iki dəfə məğlub etdiyi “Kayrat”dan jest gözləsinmi?

Bu gün Konfrans Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 8 qrupda oynanılacaq 16 qarşılaşmadan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşə bilər.

A qrupunda "Makkabi" (Təl-Əviv) Avstriyada LASK-ın qonağı olacaq. Bu matçın qalibi birbaşa 1/8 finala adlayacaq. Məğlub komanda isə mübarizəni pley-offda davam etdirəcək.

B qrupunda Belçika "Gent"i Kiprdə "Anortosis"lə qarşılaşacaq. Qonaqlar qələbə sayəsində 1/8 finala vəsiqə qazanacaqlar.

Digər matçda Serbiya "Partizan"ı Estoniyada "Flora"nı sınağa çəkəcək. Belqrad təmsilçisi xal itirəcəyi təqdirdə, "Gent"i heç-heçə də qane edəcək. Serbiyalılar isə ən azı 2-ci pilləni təmin etmək üçün "Flora"ya qalib gəlməlidir.

C qrupunda Norveçin "Budyo Qlimt" komandası Bolqarıstanın "MOİK-Sofiya" klubunu qəbul edəcək. Qrupun digər oyununda "Roma" İtaliyada "Zarya"nı (Luqansk) sınağa çəkəcək.

Meydan sahibləri qələbə qazanacaqları halda ilk 2 pillədən birini təmin edəcəklər. "Canavarlar"ın mümkün xal itkisi və "Budyo Qlimt"in qalibiyyəti ikinciləri 1/8 finala çıxaracaq.

D qrupunda Niderlandın AZ klubu doğma meydanda Çexiya "Yablonets"ini məğlub edə bilsə, digər matçın nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni rəsmiləşdirəcək.

Eyni vəziyyət E qrupunda yer alan Niderlandın digər təmsilçisi "Feyenoord"a da aiddir. Sözügedən kollektiv Çexiyada Praqa "Slaviya"sına qalib gəlsə, 1/8 finala yüksələcək.

F qrupunda Danimarka "Kopenhagen"i Cəbəllütariqdə "Linkoln"la, Yunanıstan PAOK-u isə Slovakiyada Bratislava "Slovan"ı ilə üz-üzə gələcək.

Skandinaviya təmsilçisi qələbə qazanaraq, birbaşa 1/8 finala vəsiqə əldə edə bilər. Bunun üçün digər matçda heç-heçə qeydə alınmalıdır. Yeri gəlmişkən, "Slovan" - PAOK oyunun qalibi qrupda ilk 2 yerdən birini təmin edəcək.

G qrupunda İngiltərə "Tottenhem"i Sloveniyada "Mura" ilə, Fransa "Renn"i isə evdə Niderland "Vitess"i ilə qarşılaşacaq.

"Renn" qalib gəlsə, digər görüşdə isə ən azı heç-heçə qeydə alınsa və ya qonaqlar uduzsa, fransızlırın qrup qalibi olması dəqiqləşəcək.

London klubu isə "Mura"nı məğlub etsə, ən azı ilk 2 pillədən birini rəsmiləşdirəcək.

Nəhayət, Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı H qrupunda da bütün suallara aydınlıq gələ bilər. Bakıda Kipr "Omoniya"sını sınağa çəkəcək Ağdam klubu qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edə bilər.

Bunun üçün İsveçrə "Bazel"i Qazaxıstanda "Kayrat"la oyunda xal itirməlidir. Əks-halda birinci yerin taleyi son tura qalacaq.

A qrupu

21:45. HİK (Finlandiya) - "Alaşkert" (Ermənistan)

00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - LASK (Avstriya)

Xal durumu: "Makkabi" - 10, LASK - 10, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

19:30. "Flora" (Estoniya) - "Partizan" (Serbiya)

00:00. "Anortosis" (Kipr) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 2, "Anortosis" - 2.

C qrupu

00:00. "Roma" (İtaliya) - "Zarya" (Luqansk, Ukrayna)

00:00. "Budyo Qlimt" (Norveç) - "MOİK-Sofiya" (Bolqarıstan)

Xal durumu: "Budyo Qlimt" - 8, "Roma" - 7, "Zarya" - 6, "MOİK-Sofiya" - 1.

D qrupu

00:00. "Randers" (Danimarka) - ÇFR (Kluj, Rumıniya)

00:00. "Yablonets" (Çexiya) - AZ (Niderland)

Xal durumu: AZ - 10, "Yablonets" - 5, "Randers" - 4, ÇFR - 1.

E qrupu

21:45. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland)

21:45. "Makkabi" (Hayfa, İsrail) - "Union Berlin" (Almaniya)

Xal durumu: "Feyenoord" - 10, "Slaviya" - 6, "Makkabi" - 4, "Union Berlin" - 3.

F qrupu

21:45. "Linkoln" (Cəbəllütariq) - "Kopenhagen" (Danimarka)

21:45. "Slovan" (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan)

Xal durumu: "Kopenhagen" - 9, "Slovan" - 7, PAOK - 7, "Linkoln" - 0.

G qrupu

21:45. "Mura" (Sloveniya) - "Tottenhem" (İngiltərə)

21:45. "Renn" (Fransa) - "Vitess" (Niderland)

Xal durumu: "Renn" - 10, "Tottenhem" - 7, "Vitess" - 6, "Mura" - 0.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə)

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr)

Xal durumu: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!