UEFA və klublar arasındakı gərginliyin səbəbi nədir?

19 Aprel 2021 14:40 Gündəm 952
UEFA və klublar arasındakı gərginliyin səbəbi nədir?

Xəbər verdiyimiz kimi, UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

Artıq yeni komandalar da bu liqaya qoşulmaq üçün can atır. Belə ki, son məlumata görə, “Bavariya”, “Leytspiq” və “Porto” da öz UEFA-nın hədələrinə baxmayaraq Superliqada oynamaq niyyətindədir.

Madrid “Real”ının prezidenti Florentina Perez Avropa Futbol Federasiyaları Assosasiyasının yüksək gəlirlərə baxmayaraq klublara az pul ayrılmasına görə bu addımı atdıqlarını bildirib.

Onu ən çox dəstəkləyən isə “Yuventus”un prezidenti Andrea Anyellidir. O, bu səbəbdən Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib. Turin klubu “La Gazetta Dello Sport”un bu məlumatını təsdiqləyib.

Avropa mətbuatının yazdığına görə, klublar əslində Superliqanın yaradılması ilə UEFA-ya təzyiq etmək niyyətindədir.

İlk açıqlamada Avropa Superliqası layihəsinin klubları üçün 3.5 milyard avro dəyərində əlavə yardım paketi ayrılacağı açıqlaması da bu səbəbdəndir. Əsas məqsəd klubların infrastrukturunun yaxşılaşdırılması və pandemiyanın vurduğu zərərin aradan qaldırılmasıdır.

Həmçinin UEFA Avropa Liqası və Çempionlar Liqası oyunlarının dondurulmasına qərar verib.

Superliqaya qoşulan ilk klublar isə bunlardır: “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”.

Digər Xəbərlər
Xəbər Lenti