"Səbail" - "Zaqatala" görüşündə 5 qol - Yenilənib

24 Yanvar 2021 16:54 Gündəm 990
"Səbail" - "Zaqatala" görüşündə 5 qol - Yenilənib

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, turnir 1/8 final mərhələsi ilə başlayıb.

İlk oyun günündə bir matç keçirilib. Kubokun açılış görüşü Bakıda baş tutub.

“Səbail” “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib. Premyer Liqanın autsayderlərindən olan paytaxt təmsilçisi rəqibini çətinliklə məğlubiyyətə uğradıb.

Aftandil Hacıyevin yetirmələri növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq. 1/4 final görüşləri fevralın 1-2 və 6-7-də keçiriləcək.

1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də baş tutacaq.

Azərbaycan Kuboku, 1/8 final

24 yanvar (bazar)

15:00. “Səbail” – “Zaqatala” 3-2

Qollar: Amil Yunanov, 25, Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 - Roil İsmayılov, 31, 41

Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

ASCO Arena.

“Səbail”: 96. Nikolas Hagen, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev (k), 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Zaqatala”: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 7. Bəhruz Teymurov, 14. Elçin Əlicanov, 2. Rüstəm Nuruyev, 17. Xəqani Sadıxov, 13. Ramin Əhmədov, 18. Əli Abdullayev
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 15. Firuddin Mövsümov, 16. Ceyhun Rəcəbli, 11. Əsədulla Heydərov, 9. Xəlil Bəşirov, 19. Salman Ələsgərov, 3. Nicat Oruclu, 20. Elmar Rəhimov
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"