Mikayıl Cabbarov Azərbaycan millisindən yazdı - FOTO

27 May 2024 08:50 Güləş 1 576
Mikayıl Cabbarov Azərbaycan millisindən yazdı - FOTO

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U23 Avropa çempionatında birinci olmuş Azərbaycan milli komandasını təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkədə yazıb.

“Bakıda keçirilən U23 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə millimiz komanda hesabında çempion olub.

Yığmamızın üzvlərindən Cəbrayıl Hacıyev (74 kq) qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi