Şəhanə və Elnurə ilk görüşdə məğlub oldu - Dünya çempionatı

3 Noyabr 2021 18:20 Güləş 1 058
Şəhanə və Elnurə ilk görüşdə məğlub oldu - Dünya çempionatı

Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova ilk görüşdə ilk Yunq Linə (Çin Taypeyi), Elnurə Məmmədova (55 kq) isə Eda Tekinə (Türkiyə) məğlub olub.

Güləşçilərimizdən dünya çempionatına uğursuz start

Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.

Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi