Azərbaycan millisi DÇ-2024-də ilk matçını harada keçirəcək?

3 İyun 02:40 Futzal 375
Azərbaycan millisi DÇ-2024-də ilk matçını harada keçirəcək?

DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk matçını səfərdə keçirəcək.

Sportinfo.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.

Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komanda daha sonra Bakıda görüşə çıxacaq.

Yığma oktyabrda əvvəlcə doğma məkanda, sonra səfərdə gücünü göstərəcək. Dekabrda da yenə ilk matçı Bakıda oynayacaq milli mərhələnin son sınağını rəqib meydanında verəcək.

6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib.

2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu