PSJ-dən Mbappeyə fantastik təklif - ildə 32 milyon avro

23 İyul 15:20 Fransa 269
PSJ-dən Mbappeyə fantastik təklif - ildə 32 milyon avro

PSJ rəhbərliyi Kilian Mbappeni stamaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, klub onu nəyin bahasına olursa-olsun saxlamağa çalışır.

Buna görə də Mbappeyə fantastik təklif göndərilib.

PSJ hücumçuya ildə 32 milyon avro məvacib verməyə hazırdır. Müqavilə isə 2026-cı ilin yayına qədər nəzərdə tutulmalıdır.

Məlumata görə, futbolçu hələ ki, bu təklifə münasibət bildirməyib. Onun qüvvədə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xəbər Lenti