Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu

4 Fevral 2021 00:28 Fransa 653
Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu

"Real"ın sabiq futbolçusu Nikolya Anelka Fransanın "Yer" klubunun idman direktoru təyin olunub.

Sportinfo.az xəbər verir ki, veteran hücumçunun IV divizion təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmayıb.

Rəhbərlik 42 yaşlı Anelkanın öz nüfuzundan istifadə edərək klubu yaxşı vəziyyətə gətirəcəyinə inanır.

Fransa millisinin keçmiş hücumçusu karyerası ərzində İngiltərədə "Çelsi" və "Arsenal", Türkiyədə "Fənərbağça" kimi komandalarının formasını geyinib. O, daha əvvəl ölkəsinin "Lill" klubunun gənclər komandasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti