PSJ yaxın günlərdə yeni müqavilə bağlayacaq

10 Mart 2024 00:00 Fransa 677
PSJ yaxın günlərdə yeni müqavilə bağlayacaq

PSJ yaxın vaxtlarda 18 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Futbolçunun müqaviləsi yaxın günlərdə, ən uzağı yaxın həftələrdə uzadılacaq.

PSJ-nin onu idman layihəsinin mərkəzi fiquru etmək niyyətində olduğu vurğulanır.

Zair-Emeri PSJ-nin yetirməsidir. O, bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!