"Bilmirəm, heç kim bilmir - Bunu yalnız o özü bilir"

23 Mart 2024 00:10 Fransa 822
"Bilmirəm, heç kim bilmir - Bunu yalnız o özü bilir"

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin “Real”a mümkün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu transferlə bağlı qərarı fransalı futbolçunun verəcəyini bildirib:

“Mbappenin “Real”a keçməsi? Bilmirəm, heç kim bilmir. Bunu yalnız Mbappe bilir.

Bütün həqiqəti və öz qərarlarını bölüşməyə qərar verdikdə, biz onları dinləməyə hazır olacağıq”.

Mbappenin yay transfer pəncərəsində böyük ehtimalla, PSJ-dən ayrılaraq karyerasını “Real”da davam etdirəcəyi bildirilir.

25 yaşlı futbolçu 2017-ci ildən PSJ-də çıxış edir. Onun Paris klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.

Hücumçu bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2