"Heç kimi incitmirəm, məni izləmək üçün…" - MƏHKƏMƏYƏ VERİLDİ

16 Mart 01:40 Fransa 210
"Heç kimi incitmirəm, məni izləmək üçün…" - MƏHKƏMƏYƏ VERİLDİ

PSJ-nin hücumçusu Kilian Mbappe restoran sahibi Mohamed Hennini məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, buna səbəb restoranda azarkeşlərə verilən yeməyin adının Mbappeylə əlaqəli olmasıdır.

Yeməyə “Mbappenin kəllə sümüyü kimi yumru çörək” adı verildiyi üçün futbolçu Henidən şikayətçi olub.

Mohamed Henini yaşanan xoşagəlməz halla bağlı açıqlama verib.

O, Mbappenin bu hərəkətinə təəcüblənib:

“Mbappe məni məhkəməyə verdi. Belə məşhur futbolçunun haqqımda düşünməyə vaxtı olmadığını düşünürdüm.

Məni izləmək üçün ona vaxt lazım idi. Heç kimi incitmirəm, bu, sadəcə zarafat idi”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!