AÇ-2024 sonuncu beynəlxalq turnir ola bilər - Olivye Jiru üçün

1 Aprel 10:20 Fransa 236
AÇ-2024 sonuncu beynəlxalq turnir ola bilər - Olivye Jiru  üçün

“Milan”ın və Fransa millisinin hücumçusu Olivye Jiru AÇ-2024-ün onun üçün sonuncu beynəlxalq turnir olacağını istisna etməyib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu hər andan maksimum istifadə etməli olduqlarını bildirib:

“Bu, mənim sonuncu beynəlxalq turnirim ola bilər. Hələ heç nə qərarlaşdırılmayıb.

Dediyim kimi, mən sona əvvəldən daha yaxınam. Biz hər andan maksimum istifadə etməliyik”.

37 yaşlı Jiru Fransa millisində 131 dəfə meydana çıxıb və 57 qol vurub. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.

Fransa millisi AÇ-2024-də D qrupunda Niderland, Polşa və Avstriya ilə mübarizə aparacaq.

Jirunun mövsüm bitdikdən sonra MLS klublarından birinə keçməyi planlaşdırdığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU