"O, yaxşı insan olduğu və heç bir problem istəmədiyi üçün bir neçə dəfə təhqir olunub”

14 Aprel 01:40 Fransa 237
"O, yaxşı insan olduğu və heç bir problem istəmədiyi üçün bir neçə dəfə təhqir olunub”

PSJ-nin adı açıqlanmayan əməkdaşı Fransa nəhənginin sabiq hücumçusu Neymarla komanda yoldaşları və məşqçilər korpusunun üzvləri arasında münasibətlər haqda danışıb.

Sportinfo.az xəbər verir ki, şahid Fransanın nüfuzlu “L’Équipe” nəşrinə danışıb.

Mənbənin məlumatına görə, Neymar məşq zamanı Kristof Qaltyenin köməkçisi ilə mübahisə edib.

Bu epizoda görə paltardəyişmə otağında ab-hava gərginləşib, futbolçunun özü isə əsəbi olub.

Daha sonra məşq zamanı Neymarla PSJ-nin 19 yaşlı yarımmüdafiəçisi İsmael Qarbi arasında münaqişə yaranıb.

“İsmael məşq zamanı topu qəbul etdi. Neymar onu tutaraq yerə yıxdı və başına zərbə endirib. Hamı şokda idi. Həqiqətən də özünü pis apardı.

Neymar Vitinaya qarşı da pis davranırdı. Baxmayaraq ki , Vitinyta özü bunu inkar edir.

O, yaxşı insan olduğu və heç bir problem istəmədiyi üçün bir neçə dəfə təhqir olunub”, – “L’Équipe” hadisələrin şahidindən sitat gətirib.

Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. Ötən yay braziliyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti