PSJ-nin sabiq baş məşqçisi işsiz qalacaq? – Yenə ondan narazıdırlar

5 Aprel 2024 18:40 Fransa 926
PSJ-nin sabiq baş məşqçisi işsiz qalacaq? – Yenə ondan narazıdırlar

PSJ-nin sabiq baş məşqçisi Kristof Qalte işsiz qala bilər.

Sportinfo.az xəbər verir ki, “Əl-Duhail” rəhbərliyi komandanın nəticələrindən narazıdır və baş məşqçini dəyişmək barədə düşünür.

“Əl-Duhail” hazırda Qətər çempionatının turnir cədvəlində 6-cı yerdədir. Komanda artıq ölkə kubokundan və Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Əlcəzair millisinin sabiq baş məşqçisi Camel Belmadinin Qalteni əvəzləyəcəyi gözlənilir. 57 yaşlı fransalı mütəxəssis “Əl-Duhail”in “sükanı arxasına” ötən ilin oktyabrında keçib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR