90 milyon avro verib, yeni hücumçu almağı planlaşdırır - PSJ

5 May 2024 00:00 Fransa 1 265
90 milyon avro verib, yeni hücumçu almağı planlaşdırır - PSJ

PSJ Kilian Mbappe ilə yollarını ayıracaq. 25 yaşlı forvard yayda azad agent kimi “Real”a keçəcək.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi Mbappeyə əvəzləyici axtarmağa başlayıb.

Parislilər bütün diqqətini “Liverpul”un hücumçusu Luis Diasın transferinə yönəldiblər. PSJ futbolçu üçün təxminən 90 milyon avro təklif etməyə hazırdır.

Parislilər belə bir məbləğin “qırmızılar”ı futbolçu ilə yollarını ayırmağa inandıracağını düşünürlər.

27 yaşlı kolumbiyalı forvard Premyer Liqanın cari mövsümündə 34 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!