Mbappe Parisdəki Olimpiadanı buraxacaq?

15 Mart 10:00 Fransa 451
Mbappe Parisdəki Olimpiadanı buraxacaq?

PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanı buraxa bilər.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu sıx oyun qrafikinə görə Olimpiadanı buraxa bilər.

Mbappe Fransa millisinin heyətində iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatında çıxış edəcək. Olimpiya Oyunları isə iyulun 26-da başlayacaq və avqustun 11-dək davam edəcək.

Bundan başqa, ESPN-in məlumatına görə, Mbappenin yayda “Real”a keçidinin şərtlərindən biri olimpiadada iştirak qadağasının olmamasıdır.

25 yaşlı futbolçu bu mövsüm 36 oyun keçirib, 35 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mbappe artıq PSJ rəhbərliyinə cari mövsümün sonunda klubdan ayrılacağını bildirib. Onun klubla müqaviləsi yayda başa çatacaq. Bir çox mətbuat orqanları 25 yaşlı futbolçunun “Real”a keçməyə razılıq verdiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti