PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Paris klubunun heyətində ilk qolunu qeyd etməsindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, bunu deyib:
“Liqa 1-də ilk qolumu vuranda Lionel Messi ilə qeyd etdim… Buna inana bilmirəm”.
Emeri PSJ-nin yetirməsidir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
18 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Lionel Messi 2021/22 mövsümündə PSJ-də çıxış edib.