Təhlükəsizliklə bağlı hər hansı təhdid olarsa... Makron qorxu içində!

16 Aprel 15:20 Fransa 211
Təhlükəsizliklə bağlı hər hansı təhdid olarsa... Makron qorxu içində!

Fransa rəhbərliyi bu yay Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı bir neçə plan tərtib edib.

Sportinfo.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

“B, hətta C planı mövcuddur, biz onları əsas plana paralel olaraq hazırlayırıq”, - deyə Makron qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı hər hansı təhdid olarsa, Olimpiya Oyunlarının açılış mərasimi ya Trokadero meydanında Sena çayı ətrafındakı zona ilə məhdudlaşa, ya da “Stad de Frans”da keçirilə bilər.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti