“Yalanları görmək gülməlidir" - Məşhur baş məqnçini təhqir ediblər?

3 Aprel 2024 01:40 Fransa 909
“Yalanları görmək gülməlidir" - Məşhur baş məqnçini təhqir ediblər?

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 27-ci turunun “Marsel”lə matçının (2:0) 65-ci dəqiqəsində Kilian Mbappenin əvəzlənərkən onu təhqir etməsi ilə bağlı məlumatı şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis müzakirə olunan xəbərlərdə yalanları görməyin gülməli olduğunu bildirib:

“Müzakirə olunan xəbərlərdə yalanları görmək gülməlidir. Jurnalistikanın başına gələnləri doğuran da budur.

Kimsə bu təhqiri uydurub və burada fərziyyələr yaranır. Mən tamamilə rahatam, işimi bacardığım qədər yerinə yetirirəm. Mən bu oyunda hansı rolu oynadığımı bilirəm”.

Daha əvvəl mətbuatda Mbappenin yaxınlarının baş məşqçinin hücumçuya qarşı hörmətsiz münasibətindən narazı olduğu barədə məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2