Dünyanın Ən Güclü Komandasını seçən ən güclülər hədiyyələrinə qovuşdu - VİDEO

1 İyun 2020 09:14 E-Topaz 501
Dünyanın Ən Güclü Komandasını seçən ən güclülər hədiyyələrinə qovuşdu - VİDEO

Sportinfo.az xəbər verir ki, hər zaman yenilikləri ilə futbol həvəskarlarını sevindirən Azərbaycanın yeganə qanuni idman mərc saytı olan ETOPAZ may ayında Azərbaycanın idman aləmində bir ilkə imza atdı.

Sosial şəbəkələr üzərindən "Dünyanın Ən Güclü Komandası" yarışmasını təşkil etdi. İlk mərhələsi 7 gün, ikinci mərhələsi isə 2 gün davam edən bu yarışma boyunca hər axşam Facebook və YouTube üzərindən canlı yayımlar həyata keçirildi və günün qalibləri müəyyən olundu.

19 mayda yarışmanın 1/4 mərhələsi baş tutdu. 20 mayda isə yarımfinal, üçüncülük və final oyunları nəticəsində yarışmanın qaliblərini müəyyən edildi.
Beləliklə, aşağıdakı iştirakçılar öz futbol bilikləri sayəsində yarışmanın əsas mükafatçıları oldular:

Ağa Zeynallı – yarışmanın qalibi kimi əsas mükafatçı olaraq Playstation 4 qazandı.

Rüfət Məmmədzadə - İkinci yeri tutaraq Xiaomi Red Mi Note 8 əldə etdi.

Tural Yusubov - Yarışmanın üçüncüsü olaraq Huawei Y7 telefonuna sahib oldu.

Bundan başqa seçmə mərhələnin bütün qaliblər də müxtəlif hədiyyələr qazandılar.

Nəhayət may ayının 22-də karantin qaydalarına əməl olunması şərtilə kiçik təqdimat mərasimi keçirildi və qaliblər öz hədiyyələrinə qovuşdular.

Hədiyyələri onlara gözlənildiyi kimi Sənan Şəfizadə təqdim etdi.

Təqdimat zamanı markanın təmsilçiləri qarşıda yeni və daha maraqlı yarışmaların olacağının anonsunu da verdilər. Odur ki, sosial şəbəkələrdə ETOPAZ-ı izləməyə davam edin.

Xəbər Lenti