
Türkiyənin Zonquldak şəhərindəki Eregil qəsəbəsində həvəskarlardan ibarət "Kepez Çaylıoğluspor" və "Çates Işıkspor" arasındakı pley-off mərhələsinin cavab oyunu zamanı qeyri-adi hadisə baş verib.
baş hakim Hakan Ergin çöldə oxunan İstiqlal Marşını eşidən kimi matçı dayandırıb.
Ardından o, meydandakı futbolçular və tribunadakı azarkeşlərlə birgə ehtiram əlaməti olaraq, sayğı duruşu ilə himni oxumağa başlayıb.
Görüş himn başa çatdıqdan sonra qaldığı yerdən davam etdirilib. Referinin bu qərarı təqdirəlayiq hal kimi qiymətləndirilib.
Görüş "Çates Işıkspor"un qələbəsi ilə yekunlaşıb - 2:1.