Özünə yeni iş yeri tapdı?

2 Avqust 19:00 Azərbaycan Futbolu 993
Özünə yeni iş yeri tapdı?

Nəhayət, Azər Bağırov özünə yeni iş yeri tapıb?

Bu suala sonda qayıdarıq...

Deməli, bir neçə gün əvvəl xəbər yazmışıq ki, Araz Bağırov (Azər Bağırovun qardaşı) "Difai"nin baş məşqçisi təyin olunub.

Bir neçə saat sonra "Azər Bağırov Birinci Liqa klubunda" başlığı ilə istinadsız xəbər veriblər. Millət də şərhlərdə döşəyir ki, Azər müəllimə heyif oldu. Onun Birinci Liqada nə işi var falan.

O gün də xəbər yazmışıq ki, Azər Həşimov "Karvan"da Kənan Kərimovun köməkçisi təyin olunub.

Bu dəfə başqa bir sayt Azər Bağırovun "Karvan"a baş məşqçi kimi getməsini özəl xəbər kimi paylaşıb. Şərhlərdə isə bir nəfər xaric (o tutub söhbəti) hamı təbrik edir, Bağırovun işləməsinə sevinir.

Vallah bunlar oğurlamağı da bacarmır. Sevindirici məqam odur ki, istinad vermirlər.

Yazıda məqsədim Azər Bağırovu tanıtmaqdır. Növbəti dəfə Azər Məmmədovla bağlı xəbərdə də Bağırovu gündəmə gətirməsinlər. Maşallah, futbolumuzda azərlər çoxdu axı.

Yuxarıdakı suala gələndə isə...

Bağırov yeni iş yeri tapmalı deyil, "Kəpəz"də qalmalı idi. Olmadı.

Ayrılan kimi isə baş məşqçi postu boş olan "İmişli", "Sumqayıt" anında dəvət göndərməliydi.

Bu da olmadı...

2-3 aydan sonra dəqiq axtaracaqlar, çünki boşalan yer çoxalacaq.

Azər müəllimə hazır komanda çalışdırmaq olmaz, sanki haramdı. Gərək bataqlığa düşəndə çağıralar...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!