Bölgə klubundan hamını üzəcək QƏRAR

2 Avqust 2025 22:20 Qəbələ 3 087
Bölgə klubundan hamını üzəcək QƏRAR

"Qəbələ" klubu akademiyası ilə bağlı yeni qərar qəbul edib.

Söhbət U-17, U-19 və əvəzedici komandalarından gedir.

Belə ki, hər üç kollektiv Bakıda formalaşdırılacaq.

Daha doğrusu paytaxta olan bu yaş qruplarından hansısa klubun balansına götürüləcək.

Sadəcə ad dəyişdirilərək bölgə klubunu təmsil edəcək.

Bildiyiniz kimi, Premyer Liqa iştirakçılarının lisenziya tələblərindən biri də bu iki yaş qrupunun çempionatında iştirakını təmin etməkdir.

"Qırmızı qaralar" bu yolla həm lisenziya tələbini ödəmiş olacaq, həm də əlavə xərclərdən azad olmuş olacaq.

Bir sözlə, iştirak sadəcə formal xarakter daşıyacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA