Ronaldo ayın ən yaxşısı seçildi - Səudiyyə Ərəbistanı çempionatında

2 Aprel 2024 12:00 Dünya futbolu 678
Ronaldo ayın ən yaxşısı seçildi - Səudiyyə Ərəbistanı çempionatında

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu mart ayında 3 matçda iştirak edib və 4 qol vurub.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir.

Ümumilikdə o, bu mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 34 oyunda 33 qol vurub və 11 məhsuldar ötürmə edib.

Hazırda “Əl-Nəsr” 25 oyundan 59 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?