COP29

“Super Liqa kimi cəfəng layihələrdən bezmişəm” – UEFA prezidenti dilə gəldi

9 Fevral 15:40 Dünya futbolu 265
“Super Liqa kimi cəfəng layihələrdən bezmişəm” – UEFA prezidenti dilə gəldi

UEFA prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu sloveniyalı funksioner Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci konqresində açıqlayıb.

O bildirib ki, 2027-ci ildə hazırkı işinə son qoyacaq:

“Koronavirus pandemiyasından, münaqişələrdən, Super Liqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm.

Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm.

6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında “təzə qan”a ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.

Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Qitə futbol qurumunda növbəti prezident seçkisi 2027-ci ildə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"