DÇ-2026-də 48 komanda iştirak edəcək – FİFA yeni formatı təsdiqlədi

16 Mart 2023 00:00 Dünya çempionatı 317
DÇ-2026-də 48 komanda iştirak edəcək – FİFA yeni formatı təsdiqlədi

FİFA DÇ-2026-nın formatını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Əvvəlcədən məlum olduğu kimi, mundialın final mərhələsində 48 komanda iştirak edəcək.

İlkin olaraq komandaların üç iştirakçıdan ibarət 16 qrupa bölünməsi nəzərdə tutulsa da, bəzi komandaların turnirdə cəmi iki oyun keçirməsi FİFA rəsmilərini qane etməyib.

Buna görə də milli komandalar dörd komandadan ibarət 12 qrupa bölünəcək. Ümumilikdə komandalar növbəti dünya çempionatında 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək.

Dünya çempionatına ilk dəfə üç ölkə ev sahibliyi edəcək. Turnir Meksika, ABŞ və Kanadada keçiriləcək.

Əlavə edək ki, 32 komandalı dünya çempionatı formatı 1998-ci ildən mövcud idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda