Azərbaycanlı “Tank” Rusiyada döyüşməkdən imtina etdi - VİDEO+FOTO

13 Sentyabr 2020 12:40 Digər növlər 874
Azərbaycanlı “Tank” Rusiyada döyüşməkdən imtina etdi - VİDEO+FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində “M1 Selection Online” MMA turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, döyüşlər Liviyada qaçırılmış rusiyalı sosioloq Maksim Şuqaleyə həsr olunub.

“Tinkoff Arena”da gecənin əsas döyüşü WAMMA üzrə azərbaycanlı dünya çempionu Zaur Hacıbabayevlə rusiyalı İsmayıl Saqov arasında baş tutub. Ağır çəkidə baş tutan döyüşdə 31 yaşlı azərbaycanlı idmançı rəqibinə qalib gəlib.

Daha bir döyüşdə azərbaycanlı MMA idmançısı iştirak etməli idi. Lakin 77,1 kq çəki dərəcəsində Tahir Abdullayevlə rusiyalı Ramazan Həsənov arasında keçirilməli döyüş baş tutmayıb. Buna səbəb 23 yaşlı “Tank” ləqəbli (11 döyüşə cəmi bir məğlubiyyəti var – S.M.) Tahir Abdullayevin özünü pis hiss etməsi və döyüşdən imtinası olub.

Ramazan Həsənov “Instagram” hesabında bu rəqiblə döyüşmək üçün yeni tarixin təyin olunmasını istəyib.

Digər Xəbərlər
Xəbər Lenti