Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kuboku yarışları davam edir.
Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ilk günündə iştirakçılar təsnifat mərhələsində çıxış edərək final uğrunda mübarizə aparıblar.
Azərbaycan millisinin iki üzvü həlledici mərhələyə vəsiqə qazanıb. Nikita Simonov halqalar üzrə, Dəniz Əliyeva isə dayaqlı tullanmada uğurlu çıxışı ilə finala yüksəlib. Bu növdə medalçıların adına martın 7-də aydınlıq gələcək.
Qeyd edək ki, yarışa martın 8-də yekun vurulacaq.

