Azərbaycanın təmsilçisi Tofiq Musayev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə qələbə qazanacağına inanır.
Sportinfo.az xəbər verir ki, 6 yaşlı MMA döyüşçüsü bu barədə "report"a açıqlamasında bildirib.
T.Musayev braziliyalı Samuel Sançeslə baş tutacaq qarşılaşma haqqında danışıb:
"Bu görüşdə qələbə qazanacağıma inanıram. Hazırlıq yaxşı gedir. İntensiv məşqlər edirik. Rəqibi də təhlil edirik".
UFC-də ikinci döyüşünə çıxacaq idmançı tam hazır olmağa çalışacağını söyləyib:
"Mənim üçün hər döyüş əməhiyyətli və vacibdir. Daha da məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, əziyyətimiz yerdə qalmayacaq".
Tofiq Musayev aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək. O, ötən ilin yayında Bakıda baş tutan turnirdə UFC-də debüt edib.
MMA idmançısı həmin vaxt qırğızıstanlı Mıktıbek Oralbaya uduzub.

