Onlar Bakıdakı Dünya Kubokunda mübarizə aparacaq - ADLAR

05:00 Digər növlər 65
Onlar Bakıdakı Dünya Kubokunda mübarizə aparacaq - ADLAR

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Yarışda Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova mübarizə aparacaqlar.

Gimnastlar turnirdə kişi və qadınların fərdi proqramında, qarışıq, qadın və kişi sinxron cüt kateqoriyalarında bacarıqlarını göstərəcəklər.

Dünya Kubokunda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar iştirak edəcəklər.

Turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq