İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb.
Litvintsev 63,63 xalla hələ ki, 13-cü yerdə qərarlaşıb.
Yarışda ümumilikdə 29 idmançı iştirak edir. Onlardan ilk 24 yeri tutanlar sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.
Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.

