Azərbaycan təmsilçisi viza problemi ilə üzləşdi, Avropa çempionatına gedə bilmədi

16 Yanvar 03:10 Digər növlər 545
Azərbaycan təmsilçisi viza problemi ilə üzləşdi, Avropa çempionatına gedə bilmədi

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev viza probleminə görə İngiltərənin Şeffild şəhərində keçirilən Avropa çempionatına qatıla bilməyib.

Sportinfo.az xəbər verir ki, idmançının adı əvvəlcə iştirakçılar sırasında yer alsa da, yaranan problemə görə sonradan siyahıdan çıxarılıb.

Vladimir Litvintsev fevralın 6-dan 26-dək İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Bu yarışa həmçinin dağ xizəkçisi Anastasiya Papatoma vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti