Ermənistan "Azərbaycan" yazısını lentlə örtən idmançıya görə cərimə ödəyəcək - FOTO

8 Yanvar 03:10 Digər növlər 204
Ermənistan "Azərbaycan" yazısını lentlə örtən idmançıya görə cərimə ödəyəcək - FOTO

Ermənistan Xizək Federasiyası "Tour de Ski" turniri zamanı erməni xizəkçi Mikael Mikaelyana Beynəlxalq Xizək və Snoubord Federasiyası (FİS) tərəfindən təyin edilmiş cəriməni ödəyəcək.

Sportinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xizək Federasiyasının Prezidenti Qaqik Sarqisyan sosial şəbəkələrdə bildirib.

Cərimənin səbəbi Mikaelyanın yarış zamanı geyimindəki "Azərbaycan" yazısını yapışqanlı lentlə örtməsi olub.

Qeyd olunan yazı turnirin rəsmi sponsorunun adıdır, çünki 2025-ci ildən Azərbaycanın dövlət turizm qurumu FİS-in titul sponsoru olub.

Buna səbəbdən onun adı Dünya Kuboku mərhələləri, dünya çempionatları və digər böyük yarışların iştirakçılarının idman formalarında məcburi şəkildə yerləşdirilir.

Q.Sarkisyanın sözlərinə görə, problem hələ 2025-ci ilin may ayında, Azərbaycanın beynəlxalq federasiyanın sponsoru olmaqla yanaşı, yaxın zamanda onun tamhüquqlu üzvü olacağı məlum olduqda yaranıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA