“Bir sıra federasiyalarla əməkdaşlıq imkanlarını müzakirə edirik"

4 Yanvar 08:30 Digər növlər 239
“Bir sıra federasiyalarla əməkdaşlıq imkanlarını müzakirə edirik"

Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə komitənin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O, Taekvondo və Atıcılıq federasiyaları ilə əməkdaşlığa başlayacaqlarını deyib: “Bir sıra federasiyalarla əməkdaşlıq imkanlarını müzakirə edirik.

Əlilliyi olan şəxslərin bu idman növlərinə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərməyi planlayırıq.

Həmçinin Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıqla bağlı danışıqlar aparırıq. Onların dəstəyi ilə əlilliyi olan uşaqları idmana cəlb etmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq