Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportinfo.az xəbər verir ki, 17 yaşlı idmançı buna beynəlxalq yarışlarda topladığı ümumi reytinq xallarına əsasən nail olub.
Bununla da Azərbaycanın İtaliyada keçiriləcək Oyunlara qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Daha əvvəl fiqurlu konkisürən Vladimir Litvintsev qış olimpiadasında iştirak hüququ əldə edib.
Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək Milan və Kortina şəhərlərində təşkil olunacaq.

