Vəzifəli şəxs: “Təəssüf ki, biz onu ora göndərə bilməyəcəyik”

4 Yanvar 02:40 Digər növlər 238
Vəzifəli şəxs: “Təəssüf ki, biz onu ora göndərə bilməyəcəyik”

Azərbaycan 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev məlumat verib.

O, qış idman növlərinin Azərbaycanda kifayət qədər populyar olmadığını, lakin həm Qış İdman Növləri Federasiyasının, həm də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu istiqamətdə böyük işlərin görüldüyünü bildirib:

“Paradağ xizəyi üzrə idmançımız Polad Rzayev Qış Paralimpiya Oyunlarına reytinq xalları qazanmışdı və beynəlxalq turnirlərdə olduqca yaxşı çıxış edirdi.

Təəssüf ki, biz onu Oyunlara göndərə bilməyəcəyik. Çünki yarışlara çox gec qoşulmuşdu.

Qazandığı xallar Paralimpiadada iştirak üçün yetərli olmadı. Amma əminəm ki, paralimpiyaçılarımız növbəti illərdə qış idman növlərində öz qüvvələrini sınayıb, yüksək nəticələr göstərəcəklər”.

Qış Paralimpiya Oyunları martın 6-15-də təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq