2025-ci ilin ən yaxşı “ON”u - Bakıda birinci oldu, reytinqdə hamını qabaqladı

08:50 Digər növlər 85
2025-ci ilin ən yaxşı “ON”u -  Bakıda birinci oldu, reytinqdə hamını qabaqladı

Formula 1-in komanda rəhbərləri mövsüm üçün ənənəvi ən yaxşı 10 pilot reytinqini tərtib ediblər.

Sportinfo.az xəbər verir ki, siyahıya "Red Bull"un sürücüsü Maks Ferstappen başçılıq edib.

O, ardıcıl beşinci ildir ki, bu ada layiq görülür.

Son mövsümün çempionu Lando Norris ("Maklaren") ikinci, onun komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Qeyd edək ki, Maks Ferstappen sentyabrın 19-21-də keçirilən Azərbaycan Qran-Prisininin qalibi olub.

Formula 1 komanda rəhbərlərinə görə 2025-ci ilin ən yaxşı 10 pilotu:

1. Maks Verstappen ("Red Bull")

2. Lando Norris ("Maklaren")

3. Oskar Piastri ("Maklaren")

4. Corc Rassel ("Mersedes")

5. Fernando Alonso ("Aston Martin")

6. Karlos Sayns ("Uilyams")

7. Şarl Lekler ("Ferrari")

8. Oliver Bermann ("Haas")

9. İsak Hacar ("Rasing Bulls")

10. Niko Hülkenberq ("Zauber").

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq