“Gələcəkdə Sərsəng su anbarında da yarışlar keçirilə bilər”

18:10 Digər növlər 129
“Gələcəkdə Sərsəng su anbarında da yarışlar keçirilə bilər”

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

“Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür.

Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir” , - dövlət başçısı qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti