VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verdi - NAZİR

04:10 Digər növlər 145
VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verdi - NAZİR

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

Sportinfo.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...