İrəvanda qızıl qazanan Cansu: “Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”

27 Aprel 2023 07:40 Digər növlər 842
İrəvanda qızıl qazanan Cansu: “Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”

“Çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

Sportinfo.az xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.

“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, hər zaman yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.

Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti