“Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”

8 İyun 2023 03:00 Digər növlər 356
“Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”

“Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”.

bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi Martin Papanov mətbuat konfransında deyib.

Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan birinci çatan Bolqarıstan millisinin üzvü sevincini bölüşüb:

“Burada olduğum üçün çox xoşbəxtəm. Əvvəlcə 40 km məsafəni küləkdə getdik.

Bu uğuruma görə komandama təşəkkür edirəm. Onlarsız bu gün birinci yeri tutmağım qeyri-mümkün olardı.

Sabah da bizi çətin yarış gözləyir. Sarı köynəyin məndə qalması üçün əlimdən gələni edəcəm”.

Konfransda çıxış edən yarışın direktoru Roland Hofer ilk mərhələnin maraqlı alındığını söyləyib:

“Mərhələnin başlanğıcında velosipedçilər bir neçə qrupa ayrıldılar. Düşünürəm ki, qalib gələn Martin Papanov üçün çox uğurlu gün oldu.

Təəssüfləndirici hal odur ki, bir neçə velosipedçi finişə çata bilmədi. Onlar üçün turnir başa çatdı.

Artıq iki komanda yarışda mübarizəni dayandırdı”.

Velosipedçilər iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"