Komanda sayı azaldıldı: “Maliyyə problemləri oldu, imtina etdilər”

6 İyun 2023 15:40 Digər növlər 628
Komanda sayı azaldıldı: “Maliyyə problemləri oldu, imtina etdilər”

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

AVF-nin baş katibi bildirib ki, bu, elit kişilər arasında keçiriləcək yarış sayılır. O, iki komandanın turnirdən imtina etdiyini vurğulayıb:

“Ruanda və İsveçrə komandası gələ bilmədi. Maliyyə ilə bağlı problemləri olduğu üçün imtina etdilər.

Yarış beynəlxalq təqvimə salındığı üçün müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, baş hakimi Beynəlxalq Velosiped İttifaqı təyin edəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti