Azərbaycanın bədii gimnastları Şəms Ağahüseynova və Nuray Əhmədzadə Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Sportinfo.az xəbər verir ki, cütlük gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.

